11-03-2026
2026-cı il mart ayının 21-də Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ictimai xadim, akademik, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, iki dəfə Stalin mükafatı və iki dəfə Lenin Ordeni laureatı Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilov) anadan olmasının 120 illiyi tamam olur.
Qeyd edək ki, Prezident İlham Əliyev 23 fevral 2026-cı il tarixində Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairin yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
İl ilə əlaqədar olaraq Milli Kitabxana tərəfindən görkəmli şairin irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair metodik tövsiyələri əks etdirən metodik vəsait hazırlanıb.
Vəsait ilə https://web2.anl.az/read/page.php?bibid=995425&pno=6 linkindən istifadə edərək tanış ola bilərsiniz.