close
icon E-kataloq və kitabxana

Sentyabr ayının 15-də Milli Kitabxanada Çin Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxansı arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanmışdır

15-09-2015

Sentyabr ayının 15-də Milli Kitabxanada Çin Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxansı arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanmışdır. Çin Milli Kitabxanasının direktoru cənab Han Yongjinin rəhbərlik etdiyi 5 nəfərdən ibarət nümayəndə heyətini Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul etmişdir. O, Azərbaycan və Çin əlaqələrindən danışmış, bu Memorandumun hər iki ölkənin oxucuları üçün çox əhəmiyyətli olacağını qeyd etmişdir. O, elektron resursların mübadiləsi, sənədlərin konservasiya və qorunması məsələlrinə toxunmuşdur. Çin Milli Kitabxanasının direktoru cənab Han Yongjin nümayəndə heyətini təqdim etdikdən sonra kitabxana haqqında qısa məlumat vermişdir. Azərbaycan Milli Kitabxanası ilə Çin Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun rəsmi imzalanma mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyev, respublikanın aparıcı kitabxanalarının direktorları və nümayəndələri, milli kitabxananın əməkdaşları iştirak edirdilər. İmzalanma mərasimində Kərim Tahirov bir daha qonaqları salamlamış və kitabxana ictimaiyyətinə təqdim etmişdir. O, Memorandumun əhəmiyyətini qeyd etmiş və bunu yüksək qiymətləndirmişdir. Çin Milli Kitabxanasının direktoru Han Yongjin qonaqpərvərliyə görə K.Tahirova təşəkkürünü bildirmiş, Çin dilində 5 ədəd kitabı ona təqdim etmişdir. K.Tahirov Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan mətbəxi (ingilis dilində), Qobustan- Minilliklərin kitabı (Azərbaycan və ingilis dillərində), Azərbaycan ədəbiyyatı (şeirlər, ingilis dilində) və Qarabağ (ingilis dilində), Azərbaycan xalçaları (ingilis dilində) kitablarını qonaqlara təqdim etmişdir. Sonda tədbir iştirakçıları Azərbaycan Milli Kitabxansının fondunda qorunan Çin dilində və Çinə aid ədəbiyyatla tanış oldular.
Nümayəndə heyəti Milli Kitabxana ilə tanış olmuş, yeni iş prosesləri ilə maraqlanmış, “Xatirə kitabı”na öz ürək sözlərini qeyd etmişlər.