close
icon E-kataloq və kitabxana

Sentyabr ayının 23-də Qazaxıstan Respublikasının Parlamentinin deputatı, professor Nurlan Dülambekov Milli Kitabxanada olmuşdur.

23-09-2016

Sentyabr ayının 23-də Qazaxıstan Respublikasının Parlamentinin deputatı, professor Nurlan Dülambekov Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edərək, görüşdən məmnunluğunu bildirmiş, kitabxana haqqında ətraflı məlumat vermişdir.
Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova qonağı kitabxana, eləcə də Açıq kitabxana ilə tanış etmiş, ona kitabxananın fondu və xidmət sahələri haqqında məlumat vermiş, qonağın suallarını cavablandırmışdır.
Sonda Qobustan minilliklərin kitabı (Azərbaycan və rus dillərində) və Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) kitabları qonağa hədiyyə verilmişdir.