close
icon E-kataloq və kitabxana

Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar Milli Kitabxana “Qobustan” adlı növbəti Elektron məlumat bazasını virtual rejimdə istifadəçilərə təqdim etdi

17-04-2020

Virtual rejimdə təqdim olunan “Qobustan” http://anl.az/el/emb/QOBUSTAN/index.html  Elektron məlumat bazası istifadəçilər üçün böyük əhəmiyyət kəsb edəcək. Elektron məlumat bazasında Qobustan dövlət tarixi-bədii qoruğu haqqında sənədlər, tarix və memarlıq abidələri, Qobustan haqqında yazılan kitab və məqalələr, “Qobustan” sənət toplusu və digər materiallar təqdim olunur.
Elektron məlumat bazasındakı resurslar tam mətni ilə verilmişdir.