close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Görkəmli bəstəkar Tofiq Bakıxanov” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

08-12-2020

Bu gün zəmanəmizin qüdrətli bəstəkarı, Xalq artisti, “Şöhrət” ordenli, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun 90 illik yubileyi tamam olur. Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş edib, “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları ilə yanaşı, digər əsərləri də musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutub. Bəstəkarın əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində rəğbətlə qarşılanmışdır.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Görkəmli bəstəkar Tofiq Bakıxanov” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə dahi bəstəkar haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, müəllifi olduğu kitablar, eləcə də həyat və yaradıcılığına dair kitablar, məqalələr, fotolar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Gorkemli_bestekar_Tofiq_Bakixanov/index.htm linkindən istifadə edə bilərlər.