close
icon E-kataloq və kitabxana

Türkmənistanın Azərbaycan Respublikasındakı birinci katibi-konsul Batur Rəcəbov Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul etmişdir.

10-10-2016

Türkmənistanın Azərbaycan Respublikasındakı birinci katibi-konsul Batur Rəcəbov Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul etmişdir.

Görüşdə  Azərbaycan ilə Türkmənistan  arasında münasibətlərin möhkəm əsaslar,  qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğundan danışılmış, milli kitabxanalar arasında da əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirilmişdir. Söhbət zamanı Azərbaycan Milli Kitabxanasında Türkmənistanın müstəqilliyinə həsr olunmuş kitabların sərgisinin açılması qərara alınmışdır.

Sonda qonağa nəfis tərtibatla çap olunmuş   “Qobustan minilliklərin kitabı” (Azərbaycan və rus dillərində),  “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) kitabları və mədəniyyət obyektlərini özündə əks etdirən Xəritə (ingilis dilində) hədiyyə edilmişdir.

Cənab konsul  öz növbəsində türkmən xalçalarının gözəlliyinə həsr olunmuş, Azərbaycan dilinə tərcümə olunmuş “Canlı əfsanə” kitabını Milli Kitabxanaya hədiyyə etmişdir.