close
icon E-kataloq və kitabxana

TÜRKSOY təşkilatında Azərbaycan Respublikasının Mədəniyyat və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı, Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Dünya Yazarlar və Aydınlar Dərnəyi birgə Azə

10-12-2015

Dekabr ayının 9-da TÜRKSOY təşkilatında Azərbaycan Respublikasının Mədəniyyat və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı, Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Dünya Yazarlar və Aydınlar Dərnəyi birgə  Azərbaycanın görkəmli şair, dramaturq, ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə tədbirlər keçirmişlər.

Əvvəlcə tədbir iştirakçıları  Azərbaycan Milli Kitabxanasının qızıl fondlarında qorunan Bəxtiyar Vahabzadənin yaradıcılığını özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olmuşlar.

Sonra TÜRKSOY təşkilatı tərəfindən çap olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Beynəlxalq elmi konfrans öz  işinə Bəxtiyar Vahabzadənin həyatından bəhs edən filmlə başlamışdır.

Konfransda Azərbaycanda Atatürk Mərkəzinin müdiri,  millət vəkili, prof. Nizami Cəfərov, Amasya Universitetinin doktoru Hüsniyyə Mayadağlı,  Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, Dünya Yazarlar və Aydınlar Dərnəyinin rəhbəri Osman Baş, Qırğızıstandan olan tərcüməçi şair Baktıgül Çoturova, TÜRKSOY-un Qazaxıstan təmsılçisi, Qazaxıstan Yazıçılar Birliyinin katibi Malik Otarbayev çıxış etmişlər.

Sonra Ankarada Bəxtiyar Vahabzadənin adını daşıyan orta məktəbin şagirdləri şairin şeirlərini söyləmişlər.

Konfrans öz işinə B.Vahabzadənin sözlərinə bəstələnmiş mahnıların Mələkxanım Eyyubovanın ifasında canlı səsləndirilməsi ilə yekun vurmuşdur.