close
icon E-kataloq və kitabxana

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və kitab” adlı tədbir

19-05-2023

Mayın 19-da  Azərbaycan Maliyyə-İqtisad Kollecində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və kitab” mövzusunda tədbir keçirilib.
Çıxışçılar  müasir Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli dahi siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin tarixi əhəmiyyətindən, Ulu Öndərin kitaba münasibətindən, Milli Kitabxanaya hədiyyə etdiyi kitabların onun mütaliə dairəsinin geniş əhatəliyindən, təhsil siyasətindən və gənclərə sevgisindən Prezident İlham Əliyevin uğurlu siyasətindən danışıblar.
Tədbir iştirakçıları “Ulu Öndər Heydər Əliyev gənclərin gözü ilə” adlı layihə işlərinin sərgisi, Ümummilli Lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şərəfinə hazırlanmış stendlərlə, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər və zabitin əziz xatirəsinə həsr edilmiş “ZƏFƏR ŞAHİNLƏRİ” adlı daimi mövcud olan guşə ilə, kollecin şəhid məzun və tələbələrinin xatirə löhvəsi ilə yaxından tanış olublar.
Tədbir zamanı Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitab kolleksiyası” iştirakçılara nümayiş etdirilib.

icon

Foto qalereya