28-10-2026
28 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada Xalq şairi Mirzə İbrahimovun anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Xalq şairi Mirzə İbrahimov – 115” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə yazıçının əsərləri, romanları, tərcümələri, rəyçisi, ön söz müəllifi və redaktoru olduğu nəşrlər, eləcə də həyat və yaradıcılıq yolunu əks etdirən Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Mirze_%C4%B0brahimov_110/index.htm linkindən istifadə edə bilər.
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabr ayının 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olub. 1918-ci ildə atası və qardaşı ilə birgə Bakıya gəlib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra fabrik-zavod məktəbində oxuyub və işləyib.
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra 1933-cü ildə Naxçıvan MTS siyasi şöbəsində “Sürət” qəzetinin redaktoru vəzifəsində işləyib. 1941-ci ildə Cənubi Azərbaycanda “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləyib. 1942-1946-cı illərdə Azərbaycan SSRİ Xalq Maarif Komissarı (XMK) vəzifəsində çalışıb.
Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyində başlayıb. Onun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunub. 1932-ci ildə Dnepropetrovsk sənaye müəssisələrinə səfərinin nəticəsi olaraq “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə alıb.
M.İbrahimov “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941), “Kəndçi qız” (1961), “Yaxşı adam” (1963), “Közərən ocaqlar” (1967) və digər pyeslərin, həmçinin “Gələcək gün” və “Pərvanə” romanlarının müəllifidir. O, Şekspirin “Kral Lir”, “On ikinci gecə”, Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, Çexovun “Üç bacı”, Molyerin “Don Juan” və bir sıra digər pyeslərini Azərbaycan dilinə tərcümə edib. Əsərləri SSRİ xalqlarının və bir çox xarici ölkələrin dillərinə çevrilib.
1935-1937-ci illərdə SSRİ EA-nın Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, namizədlik dissertasiyasını müdafiə edib. Azərbaycan EA (indiki AMEA) 1945-ci ildə təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri olub.
O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946–1954; 1970–1986), birinci katibi (1965–1975), SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi (1965–1975), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1946–1950), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958) vəzifələrində çalışıb. Azərbaycan KP-nin XIV–XIX və XXII-XXVIII qurultaylarında MK Büro üzvü seçilib.
Yazıçı ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri və çoxcildli “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olub.
Mirzə İbrahimov 1941-ci ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi” fəxri adına, 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1961-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb, 1965-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, 1979-cu ildə Beynəlxalq Nehru mükafatını alıb, 1981-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına layiq görülüb, 1989-cu ildə SSRİ Xalq deputatı seçilib, 3 dəfə “Lenin ordeni”, “Oktyabr inqilabı” ordeni və digər orden və medallarla təltif olunub.
1996-cı ildə Mirzə İbrahimоvun xatirəsini əbədiləşdirmək məqsədi ilə əlaqədar оnun çap оlunmamış əsərlərinin ikicildliyinin, eləcə də haqqında bibliоqrafik göstəricinin hazırlanması, Asiya və Afrika ölkələrindən rеspublikamızda təhsil alan əlaçı tələbələrə vеrilmək üçün Mirzə İbrahimоv adına təqaüdün təsіs еdilməsi, qəbrinin üstünün götürülməsi, Bakı şəhərindəki küçələrdən birinə оnun adının vеrilməsi, yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında qərar qəbul edilib.