close
icon E-kataloq və kitabxana

Uşaq yazıçıları Aleksey Oleynikov və Nataliya Volkova ilə görüş

14-12-2021

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında  Rusiya Federasiyası Təhsil Nazirliyinin dəstəyi ilə “Литературная гостиная: современная российская литература для детей и подростков” adlı tədbir keçiriləcək. Görüş Xarici Ədəbiyyat Kitabxanası (Moskva) ilə telekörpü formatında keçiriləcək.
19 dekabr 2021-ci il tarixində Moskva vaxtı ilə 16:00-da, Bakı vaxtı ilə 17:00-da uşaq yazıçıları Aleksey Oleynikov və Nataliya Volkova ilə görüş keçiriləcək. Görüşdə sevimli yazıçılara suallarınızı ünvanlaya bilərsiniz, yazıçıların klassında iştirak edərək bugünkü müasir uşaq ədəbiyatında yenilikləri daha yaxşı öyrənə bilərsiniz.
Tədbir müxtəlif yaşlarda uşaq ədəbiyyatı oxucuları, rus dili və ədəbiyyatı pedaqoqları, kitabxanaçılar, kitab sənayesi nümayəndələri, gənc yazıçılar və tərcüməçilər üçün nəzərdə tutulub.
Qonaqlar:
Aleksey Oleynikov – “Соня из 7 "Буээ"”, “Скажи мне "Здравствуй"” kitablarının müəllifi, “Велькино детство” kolleksiyasına görə “Заветная мечта” mükafatıı laureatı, “История рыцаря Эльтарта или Сказки Синего леса” kitabına görə Beynəlxalq Krapivin mükafatı laureatı
Nataliya Volkova - “Разноцветный снег ” povestinin müəllifi, “Золотое Перо Руси — 2009” konkursunun laureatı,V.P. Krapivin adına Beynəlxalq ədəbiyyat mükafatı diplomu (“Разноцветный снег ” povesti)
Aparıcılar:
Daniil Romanov – filoloq, jurnalist, rejissor,  tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin müsahibələrinin yer aldığı “Memorandum” Youtube-kanalının müəllifi
Mariya Ponamorenko – filoloq, Xarici ədəbiyyat kitabxanası “Uşaq kitabları və uşaq proqramları” Mərkəzinin eksperti
Tədbirin proqramı:
16:00 (Moskva), 17:00 (Bakı) - Aleksey Oleynikov və Nataliya Volkova ilə görüş və Q&A. Siz yazıçılarla ünsiyyət qura və suallarınızı verə bilərsiniz.

17:15–17:30 (Москва), 18:15–18:30 (Баку) – fasilə.

17:30 (Moskva), 18:30 (Bakı) – Aleksey Oleynikov və Nataliya Volkovadan yaradıcı yazı və müasir uşaq və gənclər ədəbiyyatının təqdimatının aktual texnika və üsulları üzrə master klass.