close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Əməkdar elm xadimi, professor Xəlil Yusifli” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

17-07-2021

Bu gün Əməkdar elm xadimi, professor, nizamişünas alim Xəlil Yusiflinin doğum günüdür. Professor Xəlil Yusifli bütövlükdə “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”nın əsas tədqiqatçılarından biridir. O, “Məhcur Şirvani yeni təfəkkür işığında”, “Dünya ədəbiyyatı tarixi”, “Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri” kimi kitabların müəllifidir. Klassik ədəbiyyatın bir çox nümunələrinin tərcüməsi və tərtibi sahəsində də xeyli iş görmüşdür. M.Əvhədinin “Cəmşidin camı” (Q.Beqdeli ilə, Bakı: 1970; Tehran: 1986; Bakı: 2004), Arif Ərdəbilinin “Fərhadnamə” (Bakı: 2007), Məhsətinin “Rübailər”, Nizaminin “Xosrov və Şirin” (Bakı, 2011) və bir sıra başqaları da bu qəbildəndir.

Bu münasibətlə, Milli Kitabxananın əməkdaşları tərəfindən alimin həyat və fəaliyyətinə dair hazırlanan “Əməkdar elm xadimi, professor Xəlil Yusifli” adlı sərgi virtual rejimdə təqdim olunub.

Virtual sərgidə alimin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, elmi məqalələri, monoqrafiya, dərslik, tərtib, tərcümə və redaktoru olduğu kitablar təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xelil_Yusifli/index.html linkindən istifadə edə bilərlər.