close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xocalı Soyqırımı – 29” adlı daycest virtual rejimdə istifadəçilərə təqdim edilib

16-02-2021

Xocalı soyqırımı XX əsrin faciəsidir. Əsrin sonunda dünyanın gözü qarşısında törədilən bu kütləvi qırğın amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası  “Xocalı Soyqırımı – 29” adlı daycest hazırlayıb. Daycestdə - (“digest”- ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) Xocalı Soyqırımı ilə bağlı 2016-2020-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılmış və seçmə yolu ilə istifadəçilərin diqqətinə çatdırılmışdır. Daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini baş vermiş faciə haqqında materiallarla tanış etməkdən ibarətdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilmişdir.

Daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/Xocali.29.pdf  linkindən istifadə edə bilərlər.