close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “8 mart - Bеynəlxalq Qadınlar Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

07-03-2026

7 mart 2026-cı il tarixində Milli Kitabxanada əlamətdar tarixi günlərdən biri olan “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə eyniadlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Sərgilərdə Heydər Əliyev və Azərbaycanda qadın siyasəti, tarixə adını yazan Azərbaycan qadınları, Azərbaycan dövlətçiliyində qadınların rolu,  gender bərabərliyi, Azərbaycan qadının idarəsi və mərdliyi, saflığı və sədaqəti,  cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna xidmətləri, qadın problemləri, Dünya qadın həmrəyliyi və s. mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar,  dövrü mətbuatda çap  olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm    linkindən istifadə edərək tanış ola bilərsiniz.

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb. Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Azərbaycanda isə 1917-ci ildə qeyd edilib.

Ulu Öndərin təşəbbüsü ilə 1998-ci il 14 yanvar tarixində Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, həmin il sentyabrın 14-də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artırılmasına böyük təkan verən Azərbaycan Qadınlarının I Qurultayı keçirilib.

2000-ci il martın 6-da “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanıb. Bu tarixi sənəddə qadınlarla kişilərin hüquq bərabərliyi, xüsusilə onların dövlət idarəçilik sistemində layiqli səviyyədə təmsil olunmaları və digər məsələlər mühüm yer tutur.

Bu gün qadın siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi ölkəmizdə yüksək səviyyədə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda gender tərkibli bir dövlət siyasəti formalaşıb. Bu siyasət Azərbaycan qadınının daim irəliyə, tərəqqiyə doğru aparır, onu beynəlxalq aləmdə, dünya qadınlar birliyində layigli bir yerdə saxlayır.

 

icon

Foto qalereya