close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Abbas Zamanov – 110” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

09-10-2021

Oktyabrın 10-da görkəmli ədəbiyyatşünas, tənqidçi, Əməkdar elm xadimi, professor Abbas Zamanovun 110 illik yubileyi tamam olur.

Abbas Zamanov ədəbi-elmi yaradıcılığa 30-cu illərdə başlamışdır. XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrinin ədəbi irsi haqqında tədqiqatlar aparmışdır. Xüsusilə onun C.Məmmədquluzadə, M.Ə.Sabir yaradıcılığının ədəbi-ictimai mühitlə əlaqəsi probleminə həsr olunmuş əsərləri ədəbiyyatşünaslığımızda sənətkar və onun yaşadığı dövrlə münasibətləri kimi yeni bir istiqamətin əsasını qoymuşdur.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən ədəbiyyatşünas alimin həyat və fəaliyyətinə dair hazırlanan “Abbas Zamanov – 110”  adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə görkəmli ədəbiyyatşünasın fəaliyyəti ilə bağlı fotolar, mükafatları, müəllifi, tərtib, və redaktoru olduğu kitablar, haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Abbas_Zamanov_110/index.htm linkindən istifadə edə bilərlər.