close
icon E-kataloq və kitabxana

Avstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols yanvar ayının 11-də Milli Kitabxanada olmuşdur.

11-01-2017

Avstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols yanvar ayının 11-də Milli Kitabxanada olmuşdur.

Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul etmişdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Elektron kitabxana  Layihəsinin məsləhətçisi olan cənab B.Uols əvvəlcə Layihə haqqında məlumat vermişdir. O, bu elektron  kitabxanada bütün hüquq ədəbiyyatını toplanmaq istədiklərini bildirmiş, eyni zamanda müəllif hüquqlarının qorunmasının zəruriliyinə də toxunmuşdur.

Azərbaycan Milli Kitabxanasının bu sahədə təcrübəsindən danışan cənab K.Tahirov  beynəlxalq məsləhətçiyə hər sahədə yardım etməyə hazır olduqlarını bildirmişdir. Bir neçə il əvvəl cənab nazirimizin göstərişi əsasında Ali məhkəmənin kitabxanasının yaradılmasında Milli Kitabxananın yaxından iştirak etdiyini bildirmiş, hətta kitabxananı  müəyyən sayda hüquq ədəbiyyatı ilə təmin etdiyini söyləmişdir. Cənab Uols hüququn müxtəlif sahələrinə dair ədəbiyyatın, monoqrafiyaların çapına dəstək olacaqlarını və həmin ədəbiyyatların elektron kitabxanaya yerləşdirəlicəyini bildirmişdir.

Kitabxana ilə tanış olan cənab Uols Azərbaycan oxucularının hüquq sahəsində daha çox hansı ədəbiyyatı oxuduqları, bu sahədə daha çox hansı dövri mətbualta müraciət etdikləri ilə maraqlanmışdır.

Görüşün sonunda beynəlxalq məsləhətçi Elektron kitabxananın yaradılmasında  Azərbaycan Milli Kitabxanası ilə  əməkdaşlığa ümid etdiyini bildirmiş, oxucular arasında sorğu keçirməyə şərait yaradılmasını xahiş etmişdir.

Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, “Azərbaycan mətbəxi” (ingilis dilində) və b. kitablar qonağa hədiyyə verilmişdir.