close
icon E-kataloq və kitabxana

Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq şairi Qabilin (Qabil Allahverdi oğlu İmamverdiyev) anadan olmasının 90 illiyi münasibətilə təntənəli

29-09-2016

Sentyabrın 29-da Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq şairi  Qabilin (Qabil Allahverdi oğlu İmamverdiyev) anadan olmasının 90  illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilmişdir.

Tədbirdə Milli Kitabxana tərəfindən şairin həyat və yaradıcılığını özündə əks etdirən “Xalq şairi Qabil-90” adlı  kitab sərgisi açılmışdır. Sərgidə şairin Azərbaycan, rus dillərində  kitabları, haqqında yazılmış kitablar, ayrı-ayrı şəxsiyyətlərin şair haqqında söyləmiş olduğu fikirlər, qəzet və jurnal materialları sərgilənmişdir. Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.