close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycan Milli Kitabxanası” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

22-05-2021

May ayının 23-də Azərbaycan Milli Kitabxanasının yaranmasından 98 il ötür. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası – Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır.Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir.

Bu münasibətlə, kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm linkindən istifadə edə bilərlər.