close
icon E-kataloq və kitabxana

“Günümüzün ustad aşıqları”

05-07-2017

​İyul ayının 05-də Milli Kitabxanada  Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Milli Kitabxanası birgə “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunan 9 adda kitabın təqdimat mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamışdır. O, aşıq musiqisinin Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olduğunu söyləmiş,  Aşıqlar Birliyi ilə birgə keçirilən tədbirlərdən söz açmışdır.

Sonra səz tədbiri aparmaq üçün Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya verilmişdir. O, 2016-cı ilin sonlarında start verilmiş bu layihə haqqında ətraflı danışmışdır.

Mədəniyyət və Turizm Nazirinin birinci müavini  Vaqif Əliyev “Günümüzün ustad aşıqları” layihəsinin səmərəsindən danışmış, bu kitabların hər birinin ustad aşıqlar haqqında tədqiqat əsəri olduğunu söyləmişdir.

Çıxışçılar ustad aşıqlar, Əməkdar mədəniyyət işçiləri, Prezident təqaüdçüsüləri - İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və  Ulduz Quliyeva kitabların çap olunmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildirmiş, bu layihədə hər bir ustada fərdi yanaşıldığını bildirmiş, bu kitabların tədqiqatçılar üçün gərəkli vəsait olacağını söyləmişlər.   

Tədbirdə ustad aşıqların ifasında aşıq havaları səsləndirilmişdir.

Aşıq ədəbiyyatını özündə əks etdirən kitablardan ibarət sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.