close
icon E-kataloq və kitabxana

“Hüseyn Cavid - 135”

18-12-2017

Dekabrın  18-də  Azərbaycan  Dövlət  Akademik  Milli  Dram  Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının  135 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Yubiley tədbirində  Milli  Kitabxana  tərəfindən  “Hüseyn  Cavid - 135”  adlı kitab sərgisi açılmışdır.  Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan sərgidə Hüseyn Cavidin  Azərbaycan  və  xarici dildə əsərləri, ayrı- ayrı müəlliflərin dramaturq haqqında yazdığı əsərlər, Hüseyn Cavidin sözlərinə bəstələnmiş mahnılar öz əksini tapmışdır.