close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbinin növbəti dərsi keçirilib

27-02-2023

Fevralın 27-də Milli Kitabxanada Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbinin növbəti dərsi keçirilib. Görüşdə Ümummilli lider Heydər Əliyevin mədəniyyətə, kitab və kitabxanaya qayğısından bəhs edilib. Ulu Öndərin 1995-1997-ci illərdə Milli Kitabxananı 4 dəfə ziyarət etdiyi, ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etdiyi, eləcə də Milli Kitabxananın 2020-ci ildə  başlatdığı “Qarabağa kitabla gedək” layihəsinin H.Əliyevin qoyduğu ənənənin davamı olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Ümummilli liderin müstəqillik dövründə Azərbaycanda kitabxana quruculuğunun inkişafına, xüsusilə Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun yenidən qurulmasına verdiyi töhfələri layiqincə dəyərləndirən Milli Kitabxananın kollektivi kitabxananın foyesində xalqımızın böyük oğlunun adına guşə yaradıb.

Sonda iştirakçıların sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.

icon

Foto qalereya