close
icon E-kataloq və kitabxana

Tərtər rayon Gənclər Mərkəzində AR-nın Mədəniyyət və Turizm Nazirliyi, Tərtər rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanası birgə “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfran

19-04-2016

Aprel ayının 19-da Tərtər rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Tərtər rayon İcra Hakimiyyəti və  Azərbaycan Milli Kitabxanası birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirmişdir.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Tərtər şəhərindəki abidəsini ziyarət etmiş, həmçinin ümummilli lider Heydər Əliyevin Milli Kitabxanada 1995-ci il 3 iyun tarixindəki çıxışına dair qısa video filmin nümayişi olmuşdur.

Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov və Tərtər rayonunun mədəniyyət işçiləri, ziyalılar iştirak etmişlər.

Milli Kitabxananın direktoru Kərim Tahirov konfransda “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Daha sonra çıxış edən Tərtər rayon MKS-in direktoru İlduzə Qurbanova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və Tərtər rayon Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalov öz çıxışlarında ulu öndərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən geniş bəhs etmişlər.

Konfransın sonunda kitab sərgisinə baxış keçirildi. Ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərgi tədbir iştirakçılarının böyük marağına səbəb oldu.