close
icon E-kataloq və kitabxana

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Vilayət Quliyev” adlı biblioqrafiya nəşr edilib

09-03-2023

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı növbəti biblioqrafiya ictimai-siyasi xadim, Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyevin anadan olmasının 70 illiyinə həsr edilib.

Təqdim edilən biblioqrafiyada 1969-2022-ci illəri əhatə edən zəngin material toplanıb. Vəsaitdə “Vilayət Quliyevin həyat və yaradıcılığının əsas tarixləri”, “Vilayət Quliyevin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Vilayət Quliyev haqqında” bölmələri, siyasətçinin elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, ön söz yazdığı kitablar, həmçinin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapıb.

Biblioqrafiyada Vilayət Quliyevin dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də əhatə olunub. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə bölmələrə ayrılıb.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/V.Quliyev.pdf linkindən istifadə edə bilərlər.